14:24 20.08.2015 958

İcazə ver, əvəzinə...

Etibar Cəbrayıloğlu

Yayda dəniz kənarına getməyin ayrı bir ləzzəti var. Ötən bazar hələ bölünüb qurtarmayan, tam çəpərlənməyən Xəzərin bir addımlığındakı “Kapital Bank Arena”ya gedənlər bu kefdən məhrum oldular.

Sarı köynəkli bir adam həm “Sumqayıt”ın, həm də “Xəzər Lənkəran”ın azarkeşlərini bu istidə stadiona gəlməyə peşman elədi. Əslində havadan başqa hər şey futbolun xeyrinə idi, tamaşaçılarla dolu tribunlar, hər addımda top üçün vuruşan gənc futbolçular, sürətli oyun, qol epizodları. Aqil Məmmədova və Yunis Hüseynova, onların inanıb meydana buraxdığı gənclərə necə təşəkkür etməyəsən? Sarı köynəkli bir referi belə gözəl tablonu zay elədi.
Dünya və Avropa səviyyəli oyunlara sonuncu dəfə 2001-ci ilin yanvarında baxdığı hiss olunan baş hakim Elvin Əsgərovun milli futbolumuza verdiyi hələlik sonuncu töhfə barədə çox yazmaq fikrindən uzağam. Hər şey Ay kimi, Gün kimi, lap elə Aygün Kazımova kimi aydındı. CBC kanalında çalışan peşəkarların çəkilişi geniş izahata əl yeri qoymur.

Elvin Əsgərovu Sumqayıta göndərən müəllimlərin də nə deyəcəyi lap öncədən məlumdu. Lütfən, söhbəti çox uzatmayın, mən də bilirəm, Yunanıstanda iqtisadi böhrandı, PKK o boyda Türkiyəni barmağına dolayıb, Ronaldonun bacısı musiqi yarışmasına hazırlaşır, ermənilər acından günortadan tez durmur, Sinqapurda təyyarə yoxa çıxıb, Rəqsanənin qızına bişirilən torta şəkər tozu vurublar, Ledi Qaqa heç nə geyinmək istəmir. Və ən nəhayət, hakim də insandı, səhv edə bilər.

Ay AFFA-dakılar, ay PFL-dəkilər, Elvin Əsgərov insandı, bəs dünyanın bu kəllə-mayallaq vaxtında klubları yaşada bilmək üçün milyonlar xərcləyən rəhbərlər, futbola canlı baxıb ləzzət almaq ümidi ilə kilometrlərlə yol qət edən, hətta yer olmadığından stadionunun kənarında ayaq üstə qalmağa razı olan azarkeşlər insan deyil?

Ay referilərin qulağına nəsə pıçıldayıb stadionlara göndərənlər, mən neçə il 37 nömrəli marşrutda kassir köməkçisi işləmişəm, lakin bilirəm ki, oyun zamanı hücum edən tərəfə qarşı qayda pozulubsa, amma top həmin komandanın futbolçusundadırsa, fit çalıb gül kimi zadın içinə bir dənə də zad eləməyin yeri yoxdu. Sizin Elvin Əsgərov bu sadədən də sadə qaydanı bilmirmi?

Mən neçə il şəhərdəki fəvvarələrə verilən suyun təzyiqini ölçən vəzifəsini icra etmişəm, amma bilirəm ki, top qapıçıya dəyib meydandan çıxanda künc zərbəsi təyin etmək lazımdı. Elvin Əsgərov bunu bilmirmi? Əgər bilirsə, bəs niyə tamam fərqli qərarlar verir? Yox əgər bilmirsə, “Sumqayıt” - “Xəzər Lənkəran” qarşılaşmasına görə aldığı rəsmi qonorardan bir hissəni mənə versin ona bu işləri öyrədim. Qonorarı xərcləməyin ayrı bir ləzzəti var...

Ötən bazar baş hakim Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadasına görə neçə min azarkeşin dəniz kənarında xəcalətdən ət tökdüyünün canlı şahidiyəm. Xəcalət demişkən...

İstedadlı şairimiz, mərhum Tofiq Bayramla çox ərkyana münasibətləri olan dostlarımdan biri mənə maraqlı əhvalat danışıb. Yazım ki, nəfəs kəsən istinin yaratdığı yorğunluq hamımızın canından çıxsın.

Görkəmli və çox titullu şairlərimizdən biri vəfat edəndə rəhmətlik Tofiq Bayram bir şeir yazıb və dostuma deyib ki, gedirəm bu şeiri mərhumun Fəxri Xiyabanda keçirilən dəfn mərasimində oxumağa. Lakin sovet dövrünün qaydalarına görə Tofiq Bayramın yazdığı həmin şeiri nə dəfn mərasimində oxumaq mümkün olub, nə də qəzetlərdə çap etdirmək.

Həmin şeirdən bəzi misralar yadımda qalıb:

İcazə ver, əvəzinə xəcalətdən töküm ət.
Şeirini xalq basdıracaq, özünüsə hökumət.

Tofiq Bayramın sözü olmasın, ay AFFA-dakılar, ay PFL-dəkilər, Elvin Əsgərov kimi hakimlərinizə görə icazə verin, əvəzinizə xəcalətdən ət tökək...

"Het-trik news" qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
20:29

AL: "Qarabağ" hesabda önə keçir - YENİLƏNİR

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X