11:11 21.08.2015 874

Elxan Məmmədov: "Öhdəliklər götürmüşük" - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov "Report"a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- "Qəbələ"nin oyununu stadiondan izlədiniz. Komanda necə təsir bağışladı?

- Oyunu qələbə ilə başa vura bilərdik. Təəssüflər olsun ki, bu alınmadı. "Qəbələ" yaxşı oynadı. Ümid edirəm ki, səfər oyununda da bu cür inamlı çıxış edəcək.


- Amma "Panatinaikos" da zəif rəqib deyil, bir neçə epizodda "Qəbələ"nin bəxti gətirdi...

- Təbii ki, "Panatinaikos"un da qol imkanları vardı. Bir ara açıq futbol getdi. Bu da yaxşıdır və baxımlı futbol olur. Hər iki komanda fərqlənə bilərdi. Əsas olan odur ki, "Qəbələ" baxımlı oyun nümayiş etdirdi. Baxmayaraq ki, "Panatinaikos" təcrübəli komandadır və avrokuboklarda kifayət qədər təcrübəsi var.


- Qarşıda millinin Xorvatiya və Malta yığması ilə oyunları var. Bu oyunlardan nə gözləyirsiniz?

- Həmişə ev oyunlarında 3 xal qazanmaq istəyirik. Bilirik ki, oyun qrupumuzun liderinə qarşı olacaq. Düşünürəm ki, bizim qrupda ən güclü rəqib Xorvatiyadır. Səfər oyununu yadımıza salmaq istəmirik. Ümid edirəm komandamız ilk görüşdəki hesabı unudaraq maksimum nəticə üçün mübarizə aparacaq. 


- Baş məşqçi Robert Prosineçki bir müddət əvvəl Nurlan Novruzovun onun oyun sisteminə uyğun gəlmədiyini demişdi. Ancaq indi Nurlan siyahıda yer alıb...

- Robert Prosineçkinin bir neçə müsbət cəhəti var. Onlardan biri də odur ki, baş məşqçi hər toplanışa gənc və perspektivli futbolçu dəvət edir. Bu da sevindirici haldır. Təbii bu o demək deyil ki, futbolçu heyətə düşə bilər. Ancaq onun üçün stimuldur.


- İtaliya millisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Artıq UEFA stadiona baxış keçirib. Məsələ nə yerdədir, UEFA-dan "hə" cavabını nə vaxt alacağıq?

- İlk Avropa Oyunlarından sonra Gənclər və İdman Nazirliyi ilə bizim geniş iclasımız oldu, hazırlıq planı tərtib etdik. UEFA nümayəndələri stadiona müvafiq kateqoriya verməlidir. Baxışdan sonra çatışmayan məsələləri qeyd ediblər. Onlardan biri də ot örtüyüdür. Çünki bağlanış mərasimindən sonra otu istifadə etmək mümkün deyildi. Hazırda stadionun ot örtüyü dəyişdirilir. Geyinmə və soyunma otaqlarında müvafiq mebellər sifariş olunmalıdır ki, bunu da nazirlik edəcək. Növbəti baxışa qədər hər şey qaydasında olacaq.


- Növbəti baxış nə vaxt olacaq?

- UEFA nümayəndələrinin Bakıya nə zaman gələcəyi hələ tam dəqiqləşməyib. Səfərin vaxtının dəqiqləşməsini gözləyirik. Güman ki, 5-20 sentyabr arasında gələcəklər. Ancaq çatışmayan cəhətlərlə bağlı bütün öhdəlikləri öz üzərimizə götürmüşük və hər şey öz həllini tapacaq. Bu stadionda ilk futbol oyunu olacaq.


- Milli komandanın noyabrın 17-də Bakıda Moldova ilə yoxlama görüşü keçirəcəyi dəqiqləşib?

- Bəli, artıq dəqiqdir.


- Ölkə çempionatının yayım hüququ ilə bağlı AFFA tender keçirdi və "CBC" televiziyası qalib gəldi. Çempionatın yayımı haqda nə düşünürsünüz, hansı dəyişikliklər var?

- İlk növbədə Premyer Liqanın 12 kamera ilə çəkilişi və 3 oyunun efirə verilməsi sevindirici haldır. Ancaq əvvəllər bu yox idi. Gələcəkdə açıqlacaq "CBC Sport" kanalı öhdəlik götürüb ki, digər oyunların da ya video yazısını, ya da canlı olaraq təqdim edəcək. Hazırda bunun üzərində iş gedir. Mütəmadi olaraq televiziya rəhbərliyi və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşlər keçiririk. Hər turda 3 oyunun göstərilməsi müsbət haldır. Üstəlik Full HD formatında çəkilişi və internetdən də yayımı yaxşıdır. Son iclasda reytinq siyahısını bizə göstərdilər və gördük ki, maraq böyükdür. "CBC" istəyirsə, AFFA və PFL gələcək mövsümdə də yayım hüququnu onlara versin, özlərini sübut etməlidirlər.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
20:29

AL: "Qarabağ" hesabda önə keçir - YENİLƏNİR

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X