14:05 21.08.2015 781

Azarkeşlər polis zorakılığından AFFA və PFL-ə şikayət edəcək

"Qəbələ"nin Cənubi Kiprin "Apollon" klubu ilə oyununda polislər tərəfindən döyülən azarkeşlər zorakılığa son qoymaq qərarına gəliblər. Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, dünən "Qəbələ" - "Panatinaikos" oyunundan əvvəl bir sıra fan-klub rəhbərləri Xalqlar Dostluğu metrostansiyasına yaxın olan Heydər Əliyev adına parkda görüşüblər. Yalnız çox sayda azarkeşi olan "Neftçi" və "Xəzər Lənkəran"ın fan-klublarından heç bir nümayəndə iştirak etməyib.


Bu görüş zamanı "Neftçi" azarkeşi Nurlan Əzizin "İnter"lə oyun başa çatdıqdan sonra meydançaya daxil olaraq Araz Abdullayev və Rahil Məmmədovla mübahisə etməsi qınansa da, klubun həmin fanata qarşı obyektiv olmaması kəskin şəkildə pislənilib. Fanatlar bədənində "Neftçi"nin loqosunu döydürən Nurlan Əzizi klubun "kənar şəxs" adlandırmasını və onu vuran Arazla Rahilə heç bir cəza verməməsini, üstəlik AFFA nümayəndəsi Maşallah Əhmədovun bunu qeyd dəftərinə salmayıb göz yummasını narazılıqla qarşılayıb.


Daha sonra "Qəbələ"nin məlum oyunu, eləcə də çempionat matçları zamanı polislərin azarkeşlərlə çox sərt olması pislənilib. Tərəflər bunun qarşısını almaq üçün oyundan əvvəl keçirilən iclaslarda polis nümayəndələrinin mütləq şəkildə iştirak etməli olduğunu və onlara azarkeşlərin hansı hüquq və vəzifələrə malik olmasının anladılmasının zəruriliyini qeyd ediblər. Əvvəlcə boykot olaraq oyunlara azarkeşlərin gedilməməsi təklifi irəli sürülsə də, bundan Azərbaycan futbolunun zərər çəkəcəyi nəzərə alınaraq bu fikirdən vaz keçilib.


Sonda qərara gəlinib ki, beynəlxalq oyunları təşkil edən AFFA və daxili çempionatın təşkilatçısı olan PFL-ə müraciət olunsun. Müraciətin isə yazılı yox, AFFA-nın inzibati binasının qarşısında edilməsi daha məqsədəuyğun olduğu bildirilib. Belədə AFFA və PFL-in asayişi qoruyan polis orqanlarına lazımi tövsiyələrini çatdıracağına ümid edilir. Hazırda fanatlar "Qarabağ"ın "Yanq Boyz"la oyunundan əvvəl AFFA və PFL nümayəndələri ilə görüşmək istəyir.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
20:29

AL: "Qarabağ" hesabda önə keçir - YENİLƏNİR

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X