14:14 26.08.2015 724

"Azərbaycanlı uşaqlar hindistanlılardan daha güclüdü"

AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçisi Mik Bennett AFFA-nın rəsmi saytına müsahibə verib. Fanat.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Azərbaycanda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- İnkişafa nail olmaq üçün infrastruktur çox mühüm amildir və bu imkanlar genişləndirilir. Klublar da öz növbələrində akademiyalarına daha çox diqqət ayırmalı və sərmayə yatırmalıdır.
 
- Seçimlər zamanı hansi xüsusi tələbləriniz var?
- Əlbəttə, ilk növədə oyunçunun texnikası, müəyyən qabiliyyətləri tələb olunur, lakin eyni zamanda fərdi münasibəti və atletik bacarıqları da mühüm rol oynayır. Oyunçu həm komandası üçün, həm də özü üçün çox şövqlə çalışmalıdır. Üstəlik, oyunçu özünü göstərməyi də bacarmalıdır və özünə inamı yüksək olmalıdır.
 
- MY Futbol Məktəbində hansı qruplar fəaliyyət göstərir və gələcək planlarınız nədən ibarətdir?
- Hazırda U-10 və U-12 komandaları mövcuddur və bu il U-9 komandasını da əlavə etmək istəyirik. Bundan sonra isə istənilən genişlənmə üçün əlavə məşqçilərə ehtiyac yaranacaq.
 
- Vaxtilə Mumbayda fəaliyyət göstərmisiniz. Azərbaycan ve Hindistan uşaq futbolu arasında ən böyük fərq nədən ibarətdir?
- Hindistanlılar da azərbaycanlılar kimi böyük ruh yüksəkliyinə malikdirlər, lakin qeyd etmək lazımdır ki, burada oyunçular fiziki cəhətdən daha güclüdürlər. Hindistanda diqqət daha çox təlim-tədrisə yönəlib, lakin şərait və kütləvi futbol strukturunun vəziyyəti bir qədər zəifdir və hazırda onlar bu sahəyə çoxlu yatırımlar edirlər.
 
- Sizin üçün “Mançester Yunayted" yolu” nə məna kəsb edir və onun başqalarından fərqi nədir?
- MY futbol üslubu çevik hücum futbolu, özünü oyuna fəda etmək və özünəinamlı oynamaq kimi xüsusiyyətlərdən ibarətdir. Klubda ən aşağı komandadan akademiyaya qədər əsas xətt kimi güclü çalışma, komanda oyunu və inam amilləri durur. Hesab edirəm ki, əsas fərq bizim yaratmaq istədiyimiz mühitdədir. Biz əminik ki, futbol əyləncəli olmalıdır və yaşınızdan asılı olmayaraq, uğurlu təlimlərin və inkişafın yolu zövq almaqdan keçir. Bakıdakı məktəbdə də həm oyunçuların, həm məşqçilərin, həm valideynlərin və həm də bütün əməkdaşların xoşbəxt olmasını, gördükləri işdən zövq almasını, yaradıcı olmasını, həmişə öz üzərində işləyərək inkişaf etməsini istəyirəm. Məktəbdə oyunçular üçün hər şey pozitiv olmalıdır, həvəsləndirməlidir və bələdçilik etməlidir. Ən yaxşı oyunçular qərar qəbul etməkdə, özünəinamlı və həvəsli olmaqda hər cür dəstək hiss etməlidirlər. Səhv etməkdən qorxmayın! Bu, öyrənmək üçün ən yaxşı yoldur. Mən məktəbdə, oyunçularda və valideynlərdə, hamıda bu cür yanaşmanı yaratmağa çalışıram. Həmçinin özünü nizam-intizamlı saxlamaq və özünü şövqləndirmək əsas üsullardandır.

- Bu il Azərbaycanda 3-cü MY Yay Futbol Məktəbi keçirildi. Siz də regionlardakı seçimlərdə yaxından iştirak etdiniz. Regionlardakı uşaqların potensialı və ümumən layihə haqqında fikirləriniz necədir?
- Burada çox böyük potensial var. Bölgələrdə bir çox texnikalı oyunçular görmüşəm. Bu layihə çox fantastik ideyadır. Uşaqlar bu layihənin bir hissəsi olmaqdan həzz alırlar. İştirakçılar bunu artıq sübut ediblər. Elə 5 seçilmiş uşaqdan biri olaraq İngiltərəyə getmək və “Old Trafford”da olmaq onların hafizəsində unudulmaz izlər qoyur. Bu həqiqətən də ruhlandırıcı bir haldır. Arzu edirəm ki, bu cür hallar daha tez-tez baş versin.
 
- İyunun 2-dən 7-dək MY-dən dəvət olunmuş məşqçilər tərəfindən seçilmiş 5 uşaq  “Denstone College MU” Yay Futbol Məktəbində təlim-məşq toplanışında olublar. Qısamüddətli olmasına baxmayaraq, bu təlim-məşq prosesi onların gələcəyinə necə  təsir edə bilər?
- Həmin uşaqların gələcəkdə hansı istiqamətə gedəcəklərindən asılı olmayaraq, keçdikləri təcrübə xoş hadisə kimi xatirələrində yaşayacaq, onlar üçün pozitiv həvəsləndirici amil olacaq. Ciddi səylə çalışdıqları üçün seçilərək istədiklərinə nail olublar və bu hal gələcəkdə də onlara stimul olaraq deyəcək: “Hər şey mümkündür, sadəcə, buna inan”. Futbol sadəcə, top qovmaq deyil. Bu uşaqlar futbolda həyat təcrübəsi qazana bilər.
 
- “Mançester Yunayted” klubunun İngiltərə futbolundakı tarixi yeri və mövqeyi necədir?
- Fikrimcə, MY liderdir və dünyada belə bir tarixə malik ikinci bir klub yoxdur. Klubun tarixi sadəcə, titullar və mükafatlar qazanmaqdan ibarət deyil. Klub həmçinin gələcək nəsilə şans verir. Bunun təsdiqini görmək üçün sadəcə 1930-cu ildən bu günə kimi MY-nin çox cavan yaşlarından hazırlayaraq təqdim etdiyi oyunçuların sayına baxmaq kifayət edir. Bir çox oyunçular elə yerli oyunçulardır. Hesab edirəm ki, bu ənənənin Bazbi Beybsindən Klass 92-dək və hətta  bu günə kimi davam etməsi çox mühümdür. Ümidvaram ki, gələcək illərdə “Arzuların Teatrı”nda özlərini təqdim etməyi bacaran və əyləncədən həzz alan daha çox sayda cavan oyunçular görəcəyəm.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
21:03

AL: "Qarabağ" - "Vestri" matçında ikinci hissə start götürür - YENİLƏNİR

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X