"Rəvan" heyəti gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, Bakı klubu bu gün daha 3 futbolçunun transferini rəsmiləşdirib.
Bunlar qapıçı Kamal Bayramov və yarımmüdafiəçilər Cəmşid Məhərrəmovla Kristian Torresdi. Son mövsümü Qərb bölgəsinin təmsilçilərində - uyğun olaraq "Turan" və "Kəpəz"də keçirmiş yerli futbolçularla 2 illik müqavilə imzalanıb. 2011-ci ilin yayından etibarən 1,5 il ərzində "Rəvan"ın şərəfini qorumuş, son qış transfer pəncərəsində "Qarabağ"a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı pleymeykerlə isə müddəti mövsümün sonuna qədər olan saziş imzalanıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol