Sentyabrın 1-də, saat 12.00-da “Boulevard Hotel Bakı” otelində AFFA və “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək.
Fanat.az xəbər verir ki, anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.
Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol