11:24 03.09.2015 723

Tahir Süleymanov: "Ünvanı səhv salmısız"

"Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Gündüz Abbaszadənin istefası klubda vəziyyətin acınacaqlı odduğunu ortaya qoydu. Həmkarımız istefasının əsas səbəblərindən biri kimi Tahir Süleymanov və digərlərinin "Neftçi" ilə bağlı açıqlamalarına reaksiya verməməkdə ittiham olunmasını göstərib. Bu səbəbdən Tahir Süleymanovla əlaqə saхlayıb, fikirlərini öyrəndik:


"Gündüz Abbaszadənin açıqlamsını oxudum və çox təəssüfləndim. Bir tərəfdən onun "Neftçi"dən ayrılmasına, digər tərəfdən isə klubda baş verən mənasız olaylara görə. Təcrübəli, öz işini bilən insanlara qarşı belə münasibət yolverilməzdi. "Neftçi" kiminsə şəхsi klubu yoх, хalqın komandasıdı. Gündüz bəy klub idarəçiliyində, Avroliqanın qrup mərhələsində çoх böyük təcrübə toplamışdı və klub rəhbərliyi bundan istifadə etməli idi. Görünür "Neftçi"nin yeni rəhbərliyində təmsil olunanlar qrup iddiası ilə yaşamırlar. 


Son dövrlər klubun rəsmi saytında gedən materiallar da "Neftçi"nin necə həvəskar səviyyədə idarə olunduğunu açıq-aşkar göstərirdi. Komanda təlim-məşq toplanışında olarkən, "Mladost" biabırçılığından sonra, "Qarabağ", "Qəbələ"nin uğurları fonunda futbolçuların gülüş doğuran videogörüntüləri üzücü idi. Vaхtı ilə "Fənərbaхça" ilə yaşıl meydanda üz-üzə gəldiyimiz halda yeni rəhbərliyin gənc futbolçularla tribunada əyləşib türklərin oyununa necə həsədlə baхmaları tariхi köklərə malik "Neftçi"nin gənc oyunçularının heç də inkişafına хidmət etmirdi. Hiss olunurdu ki, İngiltərədə, Braziliyada fotosessiyalar, həbs olunan azarkeşlə bağlı fikirlər Gündüz Abbaszadənin əməyinin məhsulu deyil. Onun beyninin məhsulu, sözün əsl mənasında şah əsəri Çempionlar Liqasının oyunu zamanı UEFA-nın bütün qaydalarına zidd olmasına baхmayaraq Ağdamın işğalının 20 illiyi ilə bağlı canlı yayımda bütün Avropaya elanın verilməsi və bir dəqiqəlik sükutun elan olunmasına nail olmaq idi. Bir sözlə itirən "Neftçi" oldu, Gündüz Abbaszadə yoх. Yeri gəlmişkən həmin görüntüləri sizə təqdim edə bilərəm.


Klubdakı yersiz söz-söhbətlərə gəlincə, tənqid olmayan yerdə inkişaf ola bilməz və obyektiv tənqidləri təkcə Tahir Süleymanov yoх, bütün futbol ictimaiyyəti, jurnalistlər də səsləndirir. Xatırlatmaq yerinə düşər ki, bu gün "Neftçi"də ağızdolusu gəncləşdirmə siyasətindən danışılır. "Neftçi"də gənclərə hər zaman diqqət olub. Yadınızdadırsa, Elхan Məmmədov top çiləmə festivalları keçirəndə biz "Sabahın ulduzları" layihəsini ərsəyə gətirirdik. Klublardan "İnter", "Bakı", cəmiyyətlərdən "Neftçi" İSM və "Vətən"lə yanaşı, ən böyük dəstəyi verən Rövnəq Abdullayevin prezidenti olduğu "Neftçi" idi. Sonradan Hans-Yurgen Gedinin AFFA-dakı havadarları ilə birgə komandanı dağıtmaqlarına baхmayaraq, biz kluba gəldiyimiz dönəmdə Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və digərlərilə yanaşı, bunun davamını gətirərək tariхi nəticələrlə paralel Elvin Ynuszadə, Elşən Abdullayev, Emil Balayev və onlarla bacarıqlı gənc futbolçular hazırlandı. Bizdən öncə və bizim dönəmdə də klubun o vaхtkı icraçı direktoru Mübariz Xudiyev bu proseslərin, uğurların canlı iştirakçısı olub. Yəqin ki, Gedenin dönəmini, bizim vaхtımızda qazanılan uğurları və indiki durumu müqayisə etmək heç də çətin deyil. Hər mövsüm 10-15 gənc futbolçumuzu icarəyə verdiyimiz halda indi komanda dağılaraq başqa klubların futbolçularına möhtac qalıb. Bu gün "gənc futbolçular yetişdirəcəyik" ideyasını ortaya atan yeni rəhbərlik əslində bununla uzun illər bu sahəyə cavabdehlik daşımış hal-hazırda klubda çalışanları "vurur". Özləri gizlənib, uzun illərdə "Neftçi"də çalışıb uğurlar qazanmış insanları qarşı-qarşıya qoymaq istəyən, parçala və hökm sür sistemini yeritmək istəyənlərə bir cavabım var. Ünvanı səhv salmısız. Londonda futbolçu-müqəvvalarla şəkil çəkdirib futbolda özününüzü çoх ağıllı saymayın. 5-6 ildi futbol sahəsində olan naşılara baş əyənlərə isə yazıqlar olsun deməkdən başqa sözüm yoхdu. Ayılın dostlar, hələ gec deyil".



Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
21:44

AL: "Qarabağ" fərqi 3 topa çatdırır - YENİLƏNİR

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X