12:45 02.10.2015 908

"İdman jurnalistikasında yetərincə fədəkar insanlar, əsl "döyüşçülər" var"

Dünən, oktyabrın 1-də qısa zamanda Azərbaycanın tanınmış idman portalına çevrilən sport7.az saytının bir yaşı tamam olub. Bununla bağlı saytın baş redaktoru Amal Abuşov qol.az-a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- Əvvəlcə sport7.az-ın bir yaşının tamam olması münasibəti ilə sizi təbrik edirik.

- Çox sağ olun, minnətdaram.


- Ənənəvi sualla başlayaq, sport7.az necə yarandı, ideya kimdən oldu?

- Mənim üçün həyatda təsadüfi heç nə olmur. Əgər nəsə baş veribsə, hansısa addım atmışamsa, bunun zərurətdən olduğuna inanmışam. Elə Sport7.az-ın yaranması şəxsən mənim üçün zəruri idi. Çoxdandı beynimdə belə bir arzu və fikir dolaşırdı, amma bunu reallaşdırmaq üçün konkret bir plan hazırlığında da deyildim. Belə bir məqamda “Qaynar Media”qrupunun rəhbəri Zahir Əzəmətin idman saytı yaratmağa hazırlaşdığı haqda dostlarımdan eşitdim. Ötən ilin sentyabrın ortalarında Zahir bəylə görüşdük, məhz onun xeyir-duasıyla Sport7.az ərsəyə gəldi. Hələ oktyabrın 1-ə qədər saytımız fəaliyyət göstərirdi. Amma məhz tarixin bu günündə tam sürətlə idman mediasının sıralarına qədəm qoyduq.


- Sport7.Az yarananda qarşıya hansı məqsədləri qoymuşdunuz?

- Zahir bəylə ilk görüşümüzdən özümüz üçün bir xətt müəyyənləşdirdik: biz heç bir halda kiminsə təhqir olunmasına, nüfuzunun zədələnməsinə zərrə qədər də yol verməyəcək, eyni zamanda heç bir subyektə tərəfkeşlik etməyəcəyik. Günümüzdə ağa ağ, qaraya da qara demək özü belə çox çətindi. Eyni zamanda “oxucu gözü” adlı mükəmməl bir tərəzi var. Dəyərli oxucular qısa müddətdə yeni saytın qiymətini verir. Həddini aşan tənqid də, riyakarlıq dolu tərif də oxucunu saytdan uzaq salır. Belədə “qızıl orta”nı tapmaqla öz üslubunu yaratmağa məhkumsan.


- Bu qədər idman saytı varkən populyarlıq qazanmaq çətinlik yaratmır ki?

- Məlum məsələydi ki, hazırkı sayt bolluğu içində fərqlənmək, qısa müddətdə oxucu sayına görə liderlərlə mübarizəyə girişmək elə də real görünmürdü. Bizim əsas məqsədimiz sözün əsl mənasında Azərbaycan idmanının nailiyyətlərini, eləcə də, nöqsanlarını oxucuya göstərmək, tənqidi məqamları daha çox qabartmaqla onları diqqət mərkəzinə saxlamaq, azad və obyektiv tribunaya sahib olmaq idi. Sözsüz ki, bu gün Azərbaycanda idman haqqında yazılar və idman mətbuatı deyərkən futbol ön planda olur. Oxucunun tələbi daha çox futbol haqqında xəbərlər, məlumatlar və müsahibələr oxumaqdı. Hər nə qədər Azərbaycan güləş, şahmat ölkəsi kimi təqdim olunsa belə, günümüzün oxucusu daha çox futbolun ətrafında cəmləşib. Biz də bu sosial sifarişdən çıxış edərək futboldan yazmağa üstünlük veririk. Təəssüf ki, futbolumuz bu gün elə də yaxşı vəziyyətdə deyil. Klublarımızın, eləcə də millilərimizin yetərincə tənqid olunası tərəfləri var. “Qəbələ”ylə “Qarabağ”ın Avropa Liqasında qrup mərhələsinə yüksəlməsi uğur qazanmaq üçün heç də fantastik nəyinsə tələb olunmadığının göstəricisiydi. Hansı ki, biz 4-5 il bundan əvvələ qədər qrup mərhələsinə əlçatmaz arzu kimi baxırdıq. Bu gün Qazaxıstan “Astana”sı Çempionlar Liqasının qrupuna vəsiqə qazanır, orda “Qalatasaray”la başabaş oynayırsa, biz də eyni uğuru öz klublarımızdan tələb etməkdə qəbahət görmürük. Ona görə də yazılarımızı daha çox bu prinsip üzərində qurmaqda maraqlıyıq.


- Geridə qalan bir ildə qarşıya qoyduğumuz hədəflərə nə dərəcədə çatmısınız?

- Hədəflərin hamısına bu bir il ərzində çatdığımızı desəm, səmimi olmaram. Hədəf bitən yerdə iş də, mübarizə həvəsi də bitər. Bu səbəbdən hədəflər də zamanla böyüyür, mərhələ-mərhələ onlara çatmaq üçün çalışırıq. Etiraf etməliyəm ki, bu gün redaksiya heyətimizin sayı işimizi istədiyimiz kimi əhatəli qurmağa imkan vermir. Məhdud işçi qüvvəsiylə maksimum dərəcədə saytımıza faydalı olmağa, oxucumuzun tələbatına cavab verməyə çalışırıq. Fiziki baxımdan hər zaman operativ olmağa, özümüzü hər yerə çatdıra bilməsək də, düzgün seçim etməyə, doğrunu yazmağa üstünlük veririk. Fikrimcə, müəyyən mənada bunu bacarırıq da. Bizim bu gün bəlli bir oxucu dairəmiz var. Onlar məhz xəbərləri bizdən öyrənməyə, hadisələrə bizim köşə və araşdırma yazılarımzdan baxmağa ehtiyac hiss edirlər. Bu bir il ərzində Sport7.az oxucusuna millimizin və ölkəmizin hüdudları daxilində keçirilən bütün futbol qarşılaşmalarından, eləcə də Azərbaycan üçün tarixi hadisə sayılan I Avropa Oyunlarından məhz özümüzün istehsal etdiyimiz xəbər və analitik yazıları təqdim etmişik. Eləcə də klublarımızın və hakimlərimizin Antalyadakı qış hazırlıqlarına bilavasitə göz qoymuşuq, orda baş verənlərdən isti-isti məlumatlar, müsahibələr saytımızda yer alıb. Bundan başqa, “Qarabağ”ı “Sent-Etyen”lə səfər oyununda, eləcə də “Qəbələ”ni Yunanıstan və Krasnodara səfərdə Sport7.az olaraq müşayət etmək imkanımız olub. Çalışırıq ki, bizi oxuyanlar daima hər şeydən məhz Sport7.az fərqiylə xəbər tutsunlar. Bunu yaxşı, ya pis bacardığımıza dəyərli həmkarlarımız və oxucularımız qiymət versə, daha yaxşı olar.


- Həyata keçirmək istədiyiniz layihələr varmı?

- Həyata keçirmək istədiyimiz ən birinci layihə qeyri-futbol növlərini daim təqib edə biləcək, bu sahədə araşdırmalarla, analitik yazılarla çıxış etməyi bacaracaq bir qələm sahibiylə çalışmaqdı. Siz də yaxşı bilirsiz ki, internet mediası operativlik tələb etdiyinə görə bəzən 15-16 saat bilgisayar qarşısında oturmaq tələb olunur. Belədə istərdim ki, günün müəyyən saytlarında bizim “iş yükümüzü” azalda biləcək ehtiyat qüvvəmiz olsun. Saytın bu günkü səviyyəyə gəlməsi həm “Qaynar Media” qrupunun rəhbəri Zahir Əzəmətin, həm də ilk gündən bizimlə birlikdə bu yola çıxan dəyərli həmkarlarım Emil Vəliyevlə Səbuhi Musayevin, qısa zaman ərzində Sport7.az ailəsinin əvəzsiz üzvünə çevrilmiş Emin Səfərovun zəhməti sayəsində mümkün olub. Bu cür bacarıqlı, öz işini sevən insalar Sport7.az komandasında çoxaldıqca həm işimizin heyfiyyəti, həm də əhatə etdiyimiz sahələr, oxucu dairəmiz artacaq. Bütün bunlar isə həm də zamanla həll olunacaq məsələlərdir.


- Sonda idman jurnalistikasının hazırkı durumu haqda fikirlərini eşitmək istərdik.

- İdman jurnalistikasında bu gün yetərincə fədəkar insanlar, əsl “döyüşçülər” var. Onlar Azərbaycan idmanı üçün sözün əsl mənasında səngər qazır, külüng çalır. Düzdü, sevərək görülən işlərdə maddi qazanc ikinci planda olur. Amma unutmaq lazım deyil ki, hər bir idman jurnalisti eyni zamanda ailə başçısı, evə pul gətirməyə borclu olan kişidir. Yaxud da, gənc yaşda bu sahəyə gələn dostlarımız da gələcəkdə zəhmətlərinin qarşılığını görməyi, ev-eşik sahibi olmağı arzulayırlar. Maddi baxımdan əziyyətlərinin qarşılığını görməyəndə xoşbəxtliyi başqa sahədə axtarmağa, idman mediasının uzaqlaşmağa başlayırlar. Bizim işimiz saat baxımıdan normativi olmayan sahədir. Gecə saat 2-yə, 3-ə qədər zəhmət çəkən, soyuqda-istidə çiyninə asdığı bilgisayarla futbol meydanlarını, idman zallarını dolaşan hər bir idman jurnalistinin problemləri oxşardı. Müəyyən mənada bu cür problemləri adlamağa adət etmişik, həmişə ən yaxşısına inanmışıq. Bir gün hər şeyin tamam başqa cür olacağına inana-inana müəyyən bir ömür yolu keçmişik. Çox istərdim ki, bu sahəyə yeni gələn gənclər də çətinliklərdən qorxmasınlar. Özümüz daxil olmaqla bütün idman jurnalistlərinə səbr, dözüm və uğurlar arzulayıram. Qoy, Azərbaycan futbolu və mətbuatımız bir-birinə paralel inkişaf etsin, böyük qələbələrimiz və xoş günlərimizin sayı çoxalsın. Sizə də bizi bu xoş gündə xatırladığınız üçün təşəkkür edirəm.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X