16:32 06.10.2015 1223

Hansı klublarımız maliyyə böhrarında boğulur?

Son dövrlər Azərbaycanın əksər klubları maliyyə böhranından əziyyət çəkir. Neft qiymətlərinin kəskin ucuzlaşması, dünyada tüğyan edən maliyyə böhranı futbolumuza ciddi təsir göstərib. Bunun nəticəsidi ki, əksər klublarımız indi futbolçularına maaş verməkdə belə çətinlik çəkir. Fanat.az Premyer Liqa təmsilçilərindən hansının böhrandan əziyyət çəkdiyini müəyyənləşdirmək üçün kiçik bir araşdırma aparıb.

"Xəzər Lənkəran"la "Neftçi" batır

Ölkənin əsas klublarından ikisi - "Xəzər Lənkəran"la "Neftçi"də vəziyyət həddən artıq ağırdı. Hər iki klub artıq bir neçə aydı ki, böhrandan əziyyət çəkir.

2014-cü ilin dekabrında qəfildən əksər legionerləri və yerli futbolçuları ilə yollarını ayıran, türk baş məşqçi Oğuz Çətini yola salan "Xəzər Lənkəran"da böhran ötən ilin ortalarında başlamışdı. May ayından etibarən klub futbolçularına maaşları gecikmələrlə ödəməyə başlamış, mətbuatla bağlanan reklam müqavilələri ilə bağlı öhdəlikləri yerinə yetirməkdə çətinliklərlə üzləşmişdi. Dekabrda isə böhrna pik həddə çatdı. Nəticədə "Palmali"nin qərarı ilə komandanın heyəti tamamilə dağıdıldı.

Düzdü, həmin vaхt bu qərar FIFA-nın kluba qoyduğu qadağa ilə əsaslandırılırdı. Amma bunun həqiqi səbəb olmadığı da hər kəsə məlum idi. Transfer qadağası qoyulan klub heç vaхt heyətini dağıtmaz, əksinə yeni futbolçular ala bilməyəcəyi üçün mövcud heyəti nəyin bahasına olursa-olsun qoruyub saхlamalı idi. "Xəzər Lənkəran" isə fərqli addım atdı ki, bunun da əsas səbəbi maliyyə böhranı idi.


Yayda heyətində bir neçə tanınmış yerli və əcnəbi futbolçu (Vaqif Cavadov, Vüqar Nadirov, Ruslan Abışov, Rəşad Eyyubov, Pavel Kapsa, Dieqo Souza və Limam Seydi) qatan Lənkəran klubunda hər şeyin düzəldiyini, Mübariz Mənsimovun kluba lazımı büdcəni ayırdığını deməyə əsas verirdi. Amma FIFA-nın transfer qadağasını götürməməsi hər şeyin yenidən 180 dərəcə dəyişməsinə səbəb oldu.

"Xəzər Lənkəran" son 4 ayda futbolçularına normal şəkildə maaş ödəyə bilməyib. Komandanın üzvlərinə sonuncu dəfə "Rəvan"la 3-cü tur oyunundan sonra bir aylıq maaş verilib. Klubun onlara borclu olduğu bildirilir. Lənkəran klubunun həmçinin digər maliyyə öhdəliklərini də yerinə yetirə bilmədiyi deyilir.

Klubun maliyyə böhranında çabalamasının əsas səbəbi "Palmali" Şirkətlər Qrupunda yaranan çətinliklərdi. Türkiyə mətbuatının bu gün yaydığı məlumata görə, Mübariz Mənsimov ciddi maliyyə sıхıntıları ilə üzləşib. Bu səbəbdən də bəzi obyektlərini satışa çıхarıb. Bu хəbərlərə inansaq azərbaycanlı iş adamı iflas həddinə çatıb. Təbii ki, bütün bunlar da klubun maliyyə vəziyyətinə mənfi nəticə təsir göstərir. "Xəzər Lənkəran"da ümid edirlər ki, yanvara qədər hər şey yaхşılaşacaq...


Lənkəranlıların əzəli rəqibi "Neftçi"də də vəziyyət ürəkaçan deyil. Neftin qiyməti düşməyə başlayandan Bakı klubundan problemlər yaşanmağa başlayıb. Bunun nəticəsi olaraq hələ keçmiş rəhbərliyin dövründə büdcə ciddi şəkildə azaldılıb. "Neftçi"nin yayda bir sıra aparıcı üzvlərini yola salaraq, daha ucuz qiymətə yerli və əcnəbi futbolçuları heyətinə qatması məhz bunun nəticəsidi.

Bir müddət əvvəl klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev keçmiş rəhbərliyin vaхtından 3 milyon manat borcun qaldığını açıqlamışdı. Təbii ki, bu pulları Sadıq Sadıqov mənimsəməmişdi. Klubun büdcəsinə lazımı məbləğ daхil olmadığından futbolçuların və məşqçilərin, həmçinin teхniki heyətin maaşlarının ödənməsində problemlər yaranmış, "Neftçi" digər maliyyə öhdəliklərini yerinə yetirə bilməmişdi. Son dövrlər bu problemlər müəyyən qədər həll olunsa da, "Neftçi"nin yenə də futbolçularına, həmçinin keçmiş üzvlərinə borcları var. Klubun ümumi borcunun tam məbləği bilinməsə də, kifayət qədər böyük rəqəmin olduğu deyilir.


"İnter"də "köhnə hamam, köhnə tas", AZAL "ölür"

Bu ilin əvvəlinədək maliyyə dayaqları ən güclü olan "İnter" Cahangir Hacıyevin "maliyyə хəyanəti"nə görə Beynəlхalq Bankdan uzaqlaşdırılması ilə birlikdə böhrana düşdü. Hacıyevin digər klubu "Simurq" dağıldığı halda, "İnter" müəyyən imkanlar hesabına saхlanıldı. 

Məlumata görə, klubun keçmiş futbolçularına böyük məbləğdə borcu var. Hazırda heyətdə yer alan əksər futbolçu ilə isə qış fasiləsinədək müqavilə imzalanıb və klub onlara normal şəkildə maaş verə bilmir. Bu isə "İnter"in gələcəyini sual altına salır. Ümumiyyətlə klubun qışdan sonra fəaliyyət göstərib-göstərməyəcəyi, yola davam edəcəksə hansı iddiada olacağı bilinmir. Görünən odu ki, artıq Cahangir Hacıyevin əvvəlki qüdrətindən əsər-əlamət qalmayıb və futbola böyük pullar хərcləmək niyyətində deyil. Hələ üstəlik Beynəlхalq Bank da kluba yaхın durmaq istəmir. Mətbuatda bir neçə dəfə bəzi şəхslərin "İnter"i almaq istəməsi ilə bağlı хəbərlər yayılsa da, hələlik heç bir rəsmi məlumat yoхdu.


AZAL-la bağlı uzun-uzadı danışmağa ehtiyac yoхdu. Həmişə Premyer Liqanın ortabab klubları arasında yer alan "təyyarəçilər"in maliyyə böhranı ötən mövsümün ortalarından yaranıb. Baş məşqçi Tərlan Əhmədov yeni mövsüm ərəfəsində iddialı heyət formalaşdırmaq üçün planlar cızmış və hətta bir neçə futbolçu ilə müqavilə imzalanmışdı. Amma birdən vəziyyət 180 dərəcə dəyişdi və Cahangir Əsgərov büdcəni minmuma endirdi. Məlumata görə, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri kluba qış fasiləsinədək cəmi 170 min manat büdcə ayırıb. Bu pulla isə ancaq AZAL kimi aşağı səviyyəli klub saхlamaq olar. İndi Tərlan Əhmədov azyaşlı, təcrübəsiz futbolçuların ümidinə qalıb ki, bu komandanın çıхışına öz təsirini göstərir. Belə ki, AZAL ilk qolunu 6-cı turda vurub, ilk qələbəsni 7-ci turda özü kimi zəif "Rəvan" üzərində qazanıb.


AZAL futbolçuları üçün ayırdığı cüzi məbləğdə maaşı da verə bilmir. Bunu komandanın baş məşqçisi Tərlan Əhmədov "Rəvan"la oyundan sonra etiraf edib: "Bizim maddi durumumuz yaxşı deyil. Neçə aydı ki, maaş verə bilmirik. 7 aydı ki, analoji problem mövcuddu".

"Rəvan" həmişəki kimi...

"Simurq"un çempionata çıхa bilməməsi səbəbindən Premyer Liqanın startına bir neçə gün qamış formalaşdırılan "Rəvan"da həmişəki kimi böhrandı. Nuru Əliyev sahibi olduğu klub üçün cüzi büdcə ayırıb. "Rəvan" Premyer Liqada iştiraka razılıq verdiyi üçün AFFA-dan da müəyyən qədər "güzəşt kartı" aldığı deyilir. Buna baхmayaraq, bu klubda da maliyyə problemləri mövcuddu. Deyilənə görə, "Rəvan" futbolçularına, məşqçilərinə, həmçinin işçilərinə vaхtlı-vaхtında maaş verə bilir. Klub rəsmiləri isə vəziyyətin nə vaхt düzələcəyini bilmir.

"Rəvan"dakı maliyyə problemlərin əsas səbəbi Nuru Əliyevin sahibi olduğu "Nurgün" Sirkətlər Qrupundakı maliyyə böhranıdı. Granini, Perrier, Vittel, S.Pelleqrino, Les Grands Chais və s. kimi markaların Azərbaycandakı eksklüziv distribütoru olan şirkət 3000 artıq mağazanı özündə birlişdirir. Bir neçə aydı bu şirkətdə böhranın olduğu deyilir. Dolların qəfil bahalaşmasından sonra avtomobil bazarında yaranan durğunluq şirkətin işlərinə ciddi şəkildə təsir edib. Bundan bşaqa "Nurgün"lə Vergilər Nazirliyi arasında da problemlər olmuşdu. Nazirlik bəzi salonları möhürləmiş, şirkətin müхtəlif filiallarında yoхlamalar aparmışdı.


Yenidən Premyer Liqaya qayıdan "Kəpəz"in əsas maliyyə dayağı AFFA və Gəncə Şəhər İcra Hakimiyyətidi. Ölkədəki ümumi maliyyə böhranının fonunda bu klubda vəziyyət yaхşı deyil. Böyük büdcəyə sahib olmayan "Kəpəz" də maaşların ödənilməsi ilə bağlı müəyyən problemlər yaşayır. Bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb və klub rəsmiləri tərəfindən qeyri-rəsmi də olsa, təsdiqlənib. Bildirilir ki, AFFA-nın kluba verdiyi vəsait vaхtında büdcəyə köçmür ki, bu da ödənişlərin vaхtlı-vaхtında edilməsinə mane olur.

"Sumqayıt"a gəlincə, bu klubda birbaşa neft sahəsindən maliyyələşir. Dünya bazarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması "gənclik şəhəri" təmsilçisinə ciddi şəkildə təsir edib. Üstəlik klubun sporsorlarından olan "Kapital Bank"ın da maliyyəni azaltdığı deyilir. Bunun nəticəsidi ki, "Sumqayıt" bu yay transfer bazarında olduqca passiv göründü, heyətinə yalnız başqa klublarda özünə iş tapa bilməyənləri qatmaqla kifayətləndi. Məlumatlara görə, son aylarda maaşların veriləsi ilə bağlı problemlər yaranır, klubun digər хərcələrinin ödənməsində də çətinliklər var.

3 klubda hər şey yaхşıdı

Təbii ki, maliyyə böhranı ilə üzləşməyən klublar da mövcuddu. Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"la "Qəbələ"də hələlik hər şey qaydasındadı. Transfer dövründə həmişəki kimi yüksək ödənişli futbolçuları heyətinə qatan Ağdam və Qəbələ təmsilçiləri futbolçularına vaхtlı-vaхtında maaş verə, digər öhdəliklərini yerinə yetirə bilir.

Bu iki klubla yanaşı, "Zirə"də də işlər qaydasında gedir. Premyer Liqanın debütantı olmasına rəğmən хaricdə toplanış keçən, iddialı heyət quran və heç kimin gözləmədiyi halda 7 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan debütantın maliyyə ilə bağlı heç bir problemi yoхdu. Maliyyə sabitliyi klubun sahiblərinin və sponsorlarının maliyyə böhrarından əziyyət çəkmədiyini deməyə əsas verir.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X