15:14 13.11.2015 705

Süleymanov "Xəzər Lənkəran"ı futbolçusunu da qovdu

"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından kənarlaşdırılıb. Bu barədə "Report"a millinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. 

Onun sözlərinə görə, səbəb 18 yaşlı forvardın Türkiyə yığması ilə "AVRO-2016"nın seçmə qrup matçında etdiyi intizamsızlıq səbəb olub: "Elnur "fair-play"a əməl etməyərək, iki komandanın futbolçuları arasında münaqişəyə səbəb oldu. Bunun nəticəsində ikinci sarı vərəqəni aldı və gələn oyunda oynamayacaq. Onu gündəlik ödənişdən məhrum etdim və göndərdim". 

Süleymanov "Qarabağ"ın müdafiəçisi Mahir Mədətovun da yığmadan kənarlaşdırılma səbəbini açıqlayıb: "Ümid edirdik ki, Mahir bu seçmə mərhələdə bizə kömək edə biləcək. Amma həm Ukrayna, həm də Türkiyə ilə oyunlarda göründü ki, o, çox da yaxşı formada deyil. Eşitdim ki, Türkiyə ilə matçda zədə səbəbindən əvəzləndikdən sonra gedib tribunada oturub tum çırtlayır. Komanda ilə yaşamaq lazımdı. Hər futbolçunun yanına polis qoymalıyıq? Bundan başqa mübahisə zamanı Mədətov gəlib yan xətt hakimini vurdu və mən bunları gördüm. İntizam olmalıdı. Onu da gündəlik ödənişdən məhrum etdim və komandadan kənarlaşdırdım". 

Cəfərov və Mədətovdan əlavə, millinin daha bir futbolçusu Emin Zamanov noyabrın 15-də Bosniya və Herseqovina yığması ilə qrupun son tur matçında çıxış etməyəcək. Zamanov ilk 2 matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Baş məşqçi bildirib ki, hər bir futbolçunun intizamlı olmalıdı: Cəmiyyətdə hər kəs istədiyin etsə necə olar? Biz Azərbaycanı təmsil edirik. Biz kəmiyyətə yox, keyfiyyətə baxacağıq. İştirak ərizəsinə 18 oyunçu daxil edirik. 2 qapıçı və 16 futbolçu. 3 nəfər yoxdusa, olmasın. 15 nəfərlə oynayacağıq. Quyuya su tökməklə dolmur. Hamımızın canı yanmalı, istəməliyik. Futbolun incəliklərini öyrənməkdənsə, həyatda hansı axmaq hərəkətlər varsa, onları götürürlər. Onlar bizim balalarımız, gələcək fuytbolçularımızdı. İntizamla bağlı komanda ilə danışdım. Avropa çempionatının seçmə mərhələsidi, evdə oynayırıq. Biz xalqı təmsil edirik". 

Süleymanovun fikrincə, intizamsızlıqla əlaqədar bütün günahı klubların üstünə atmaq düzgün deyil: "Hər kəs istərdi ki, intizamlı, yaxşı oyunçu olsun. Sadəcə, futbolçu şəxsiyyət olduğunu dərk etməlidir. Hər kəs düşünür, cavab verir. Onların içərisində yaxşıları da var ki, pislərin içində gedir. Mənə elə gəlir ki, bizim futbolçuları düzgün təlim-tərbiyə etmək lazımdı. Futbolçu özün hər şeyi dərk etməlidi. Sadəcə, mənim vaxtım az oldu. Bizim futbolçular düşünməli, öz üzərlərində çalışmalı, boş vaxtlarını başqa şeyə sərf etməməlidilər. Vaxtlarını meydançada keçirməlidilər, çalışmalıdılar. Çox problemlər var. Futbolçunun qidalanması, istirahət, məşqi bir-birini tamamlayır və olmalıdı".

Qeyd edək ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində əvvəlcə Ukraynaya 0:4, ardından Türkiyəyə 0:1 hesabı ilə uduzub. Qrupun son oyununda rəqib Bosniya və Herseqovina millisi olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.  

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X