Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Kapital Bank Arena"da I divizion təmsilçisi "Bakı"nı qəbul edən komanda 3:1 hesablı qələbə qazanıb.
"Sumqayıt"ın heyətində Amil Yunanov dubl edib, Pərdis Fərcad-Azad bir qol vurub. "Bakı"nın qoluna isə Vüqar Namazəliyev imza atıb.
Əsas komanda ilə yanaşı əvəzedicilər də yoxlama oyununda qüvvəsini sınayıb. "Sumqayıt"ın əvəzediciləri "Qarabağ"la oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Şahin Əliyev vurub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol