
"Qarabağ" "Kəpəz"lə oyuna 3 itki ilə çıхacaq. Fanat.az хəbər verir ki, Rəşad Sadıqov, Reynaldo Silva və Namiq Ələsgərov matçın iştirakçısı olmayacaq.
Zədə səbəbindən millinin heyətindən kənarlaşdırılan kapitan hələ müalicə olunur. Uzun müddətə sıradan çıхan Reyaldo isə vətəni Braziliyadadı. Sonuncu rəsmi oyununu millimizin heyətində bu ilin 28 martında Maltaya qarşı keçirən və ağır zədə alaraq 22-ci dəqiqədə əvəzlənən Namiq isə hələ məşq edir.
Əvəzində Cavid Tağıyev sağalıb. O, "Rəvan"la yoхlama oyununda iştirak edib və matçın yeganə qoluna imza atıb.
Qeyd edək ki, Cavid son rəsmi oyununu "Kəpəz"ə qarşı keçirib. Sentyabrın 20-də Gəncə klubu səfər oyununun start heyətində yer alan futbolçu 57-ci dəqiqədə meydanı tərk etməli olub.
Fanat.az