Tural sabah "İnter"lə baş tutucaq oyunla bağlı fikirlərini bildirib: "Qələbə turnir cədvəlində yerimizi yaxşılaşdıra bilər. Daha üst pillələrə çıxa bilərik. Sabahkı oyun bizim üçün çox önəmlidi. Nəyin bahasına olur-olsun qələbə qazanmalıyıq. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik”.
Premyer Liqanın XIII turunda “Qarabağ”a qarşı görüşdə müdafiəçi start heyətində oyuna başlamış və əvəzedilmədən sona kimi oynamışdı. Nərimanov “İnter” ilə görüşdə də məşqçilər korpusundan şans gözləyir: “Sonuncu matçımızda baş məşqçimiz mənə oynamaq şansı verdi. Xeyli müddət idi ki, oynamırdım. Şahin Diniyev yenə şans versə, meydanda əlimdən gələni edəcəyəm ki, komandamız qalib gəlsin. Əslində kimin oynamasının fərqi yoxdu, əsas olan qələbə qazanmaqdı”.
Nərimanov klub saytı vasitəsi ilə azarkeşlərə də səslənib: “Gəncədə keçirdiyimiz ev oyunlarında tribunalar demək olar ki, dolu olur. Azarkeşlər bizi lazımınca dəstəkləyirlər. Düşünürəm ki, “İnter” ilə oyunda da belə olacaq. “Kəpəz”i görüşün sonuna kimi dəstəkləyəcəklər. Fanatlar komandanı qələbəyə ruhlandırırlar, gücümüzə güc qatırlar”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol