I divizonda mübarizə aparan "Araz"ın rəsmi fan-klubu fəaliyyətə başlayıb. Fanat.az xəbər verir ki, fan-klub "ultrAraz" adı ilə azarkeşləri ətrafında cəmləyəcək.
Qadir Məmmədli adlı azarkeş isə "ultrAraz"ın rəhbəri seçilib. Gənc fan-klub rəhbəri fikirlərini bildirib: "Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət İdarə Heyətimizi formalaşdırdıq. Bu gün yaranmağımıza baxmayaraq 60-dan çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunub. Artıq "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədov bizə təbrik ünvanlayıb. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda çox hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində əlaqələri genişləndirmək niyyətindəyik".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol