Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə bütüm mərhələlərinin püşkü atılıb.
Qeyd edək ki, kubokda mübarizəyə 20 klub qoşulub. Premyer Liqanın 10 komandası və I divizionun 10 təmsilçisi qalib adı uğrunda mübarizə aparacaq. Aşağı liqanın 6 komandası isə yarışdan imtina edib. Belə ki, "Turan-T", "Kavran", "Şəmkir", "Göyəzən", "Energetik" və "Bakılı" bu mövsüm kubokda iştirak etməyəcək.
I divizionun 8 klubu mübarizəyə 1/16 finaldan qatılacaq. Bu mərhələnin 4 qalibi və qalan 12 klub isə 1/8 finaldan yarışa başlayacaq:
1/16 final
22-24 oktyabr
1. Şuşa - Şahdağ
2. Qaradağ - MOİK
3. Mil-Muğan - Lokomotiv
4. Ağsu - Araz
1/8 final
4 dekabr
5. İnter - 1-ci cütün qalibi
6. Neftçi - Kəpəz
7. Rəvan - 2-ci cütün qalibi
8. Bakı - Sumqayıt
9. Qəbələ - 3-cü cütün qalibi
10. Qarabağ - AZAL
11. Simurq - 4-cü cütün qalibi
12. Xəzər Lənkəran - Neftçala
1/4 final
12-13 və 19 mart
13. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
14. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
15. 9-cu cütün qalibi - 10-cu cütün qalibi
16. 11-ci cütün qalibi - 12-ci cütün qalibi
1/2 final
16 və 24 aprel
17. 13-cü cütün qalibi - 14-cü cütün qalibi
18. 15-ci cütün qalibi - 16-cı cütün qalibi
Final
28 may

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol