
Milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son iki oyununa hazırlaşır. Oktyabrın 11-də Şimali İrlandiyanı qəbul edəcək Berti Foqtsun rəhbərlik etdiyi komanda 4 gün sonra Rusiya ilə qarşılaşacaq. Fanat.az rəsmi oyunlardan öncə yığma üzvlərinin son turdakı aktivlik göstəricisini təqdim edir.
Qeyd edək ki, yığmanın əsas heyətinə dəvət alan 25 futbolçudan 3-ü son turda 1 dəqiqə də oynamayıb. Yığma üzvləri son turu qırmızı vərəqəsiz yola versə də, 2 sarı vərəqə alıblar. 25 futbolçunun aktivində 5 qol var. Qapıçılardan biri - Səlahət Ağayev qapısını toxunulmaz saxlasa da, Kamran Ağayevlə Anar Nəzirov 5 qola üzülüb.
Qeyd: Elhad Nəziri əvəzedicilərin çempionatında çıxış edib.
| Əsas heyət | |||||
| № | Futbolçu | 1 | 2 | 3 | 4 |
| 1 | Kamran Ağayev (Bakı) | 90 | 0 | 0 | -3 |
| 2 | Anar Nəzirov (Sumqayıt) | 90 | 0 | 0 | -2 |
| 3 | Səlahət Ağayev (İnter) | 90 | 0 | 0 | 0 |
| 4 | Rəşad Sadıqov (Qarabağ) | 90 | 1 | 0 | 0 |
| 5 | Vladimir Levin (Qəbələ) | 90 | 0 | 0 | 0 |
| 6 | Rasim Ramaldanov (Xəzər Lənkəran) | 90 | 0 | 0 | 0 |
| 7 | Mahir Şükürov (Neftçi) | 90 | 1 | 0 | 1 |
| 8 | Elnur Allahverdiyev (Qəbələ) | 90 | 0 | 0 | 0 |
| 9 | Ruslan Əmircanov (İnter) | 24 | 0 | 0 | 0 |
| 10 | Maksim Medvedev (Qarabağ) | 90 | 0 | 0 | 0 |
| 11 | Ufuk Budak (Eskişəhərspor A2) | 0 | 0 | 0 | 0 |
| 12 | Ali Gökdemir (Hannover 96 II) | 90 | 0 | 0 | 0 |
| 13 | Bədavi Hüseynov (Qarabağ) | 0 | 0 | 0 | 0 |
| 14 | Qara Qarayev (Qarabağ) | 90 | 0 | 0 | 0 |
| 15 | Ruslan Abışov (Rubin) | 0 | 0 | 0 | 0 |
| 16 | Rəşad Sadiqov (Neftçi) | 90 | 0 | 0 | 1 |
| 17 | Rahid Əmirquliyev (Xəzər Lənkəran) | 90 | 0 | 0 | 0 |
| 18 | Cavid Hüseynov (Bakı) | 90 | 0 | 0 | 0 |
| 19 | Araz Abdullayev (Neftçi) | 76 | 0 | 0 | 0 |
| 20 | Əfran İsmayılov (Bakı) | 60 | 0 | 0 | 0 |
| 21 | Vaqif Cavadov (İnter) | 88 | 0 | 0 | 1 |
| 22 | Vüqar Nadirov (Qarabağ) | 77 | 0 | 0 | 1 |
| 23 | Rauf Əliyev (Bakı) | 90 | 0 | 0 | 0 |
| 24 | Cihan Özkara (Sivasspor) | 11 | 0 | 0 | 0 |
| 25 | Rüfət Dadaşov (Kayzerslautern II) | 11 | 0 | 0 | 1 |
| Ehtiyat heyət | |||||
| 1 | İlkin Qırtımov (Simurq) | 0 | 0 | 0 | 0 |
| 2 | Şəhriyar Əliyev (Bakı) | 26 | 0 | 0 | 0 |
| 3 | Elhad Nəziri (İnter) | 70 | 1 | 0 | 0 |
| 4 | Elvin Məmmədov (Bakı) | 0 | 0 | 0 | 0 |
| 5 | Pərdis Fərcad Azad (Sumqayıt) | 90 | 1 | 0 | 0 |
| 1 – oynadığı dəqiqə, 2 – sarı vərəqə, 3 – qırmızı vərəqə, 4 – qol | |||||
Fanat.az