I divizionda VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Lokomotiv" "Şəmkir"i, "Energetik" "Mil-Muğan"ı 2:0, "Şahdağ" "Turan-T"ni 1:0 hesabı ilə yenib.
İkinci oyun günündə də də 3 matç keçirilib. "Neftçala" səfərdə MOİK-ə 5:1 hesabı ilə qalib gəlib. "Karvan" "Göyəzən"i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Şuşa" isə "Ağsu"dan üstün olub.
Turun son iki oyunu bu gün baş tutub. Lider "Qaradağ" "Bakılı" ilə səfər oyununda xal itirib - 1:1. Bundan yararlanan "Araz" "Kəpəz"i 1:0 hesabı ilə yenərək zirvəni ələ keçirib.
I divizion
2013/14 mövsümü
VI tur
18 oktyabr
Şahdağ - Turan-T 1:0
Qol: Natiq Abbasov, 59.
Lokomotiv - Şəmkir 2:0
Qollar: Tural Adıgözəlov, 46. Arif Vəliyev, 68.
Energetik - Mil-Muğan 2:0
Qollar: Heydər Müslümzadə, 26. Ramil Nəsibov, 75.
19 oktyabr
Şuşa - Ağsu 1:0
Qol: Elvin Adışirinli, 31.
MOİK - Neftçala 1:5
Qollar: Məhəmməd Bədəlbəyli, 87 - Ceyhun Abdullayev, 28; 54. Məhəmməd Alıyev, 49; 88; 90+3.
Karvan - Göyəzən 3:1
Qollar: Elşad Əliyev, 14; Əli Bağırov, 54. Rəhman Əzizov, 61-pen - Fazil Vəliyev, 65.
20 oktyabr
Kəpəz - Araz 0:1
Qol: David Canalidze, 7.
Bakılı - Qaradağ 1:1
Qollar: Elçin Məsiyev, 59 - Ramal Hüseynov, 21.
| 1 | Araz | 6 | 5 | 1 | 0 | 13-3 | 16 |
| 2 | Neftçala | 6 | 5 | 0 | 1 | 20-4 | 15 |
| 3 | Qaradağ | 6 | 4 | 2 | 0 | 12-1 | 14 |
| 4 | Şuşa | 6 | 4 | 1 | 1 | 8-1 | 13 |
| 5 | Turan-T | 6 | 3 | 1 | 2 | 13-6 | 10 |
| 6 | Ağsu | 6 | 3 | 1 | 2 | 6-8 | 10 |
| 7 | Lokomotiv | 6 | 3 | 0 | 3 | 8-11 | 9 |
| 8 | MOİK | 6 | 2 | 3 | 1 | 7-9 | 9 |
| 9 | Şahdağ | 6 | 2 | 2 | 2 | 8-4 | 8 |
| 10 | Karvan | 6 | 2 | 0 | 4 | 6-15 | 6 |
| 11 | Şəmkir | 6 | 1 | 2 | 3 | 5-8 | 5 |
| 12 | Kəpəz | 6 | 1 | 2 | 3 | 6-8 | 5 |
| 13 | Mil-Muğan | 6 | 1 | 2 | 3 | 4-8 | 5 |
| 14 | Bakılı | 6 | 1 | 2 | 3 | 6-10 | 5 |
| 15 | Energetik | 6 | 1 | 1 | 4 | 2-12 | 4 |
| 16 | Göyəzən | 6 | 0 | 0 | 6 | 1-17 | 0 |
Bombardirlər: Ceyhun Abdullayev (Neftçala) - 5. Vaqif Güləliyev, (Neftçala), Məhəmməd Alıyev (Neftçala), İsrafil Qarayev (Şuşa), Novruz Ələkbərov (Qaradağ), David Canalidze (Araz) - 4.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol