Məşhur boksçu çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - FOTO/VİDEO
İrlandiyalı qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov ilə baxış dueli zamanı onun əlindən vuraraq dava salmaq istəyib.
Hadisə Las-Veqasda "UFC 229" iştirakçılarının çəkilərinin müəyyən edilməsi mərasimində baş verib.
Nurməhəmmədov - Makqreqor döyüşü bazar günü səhər, Bakı vaxtı ilə təqribən 8-də başlayacaq.
Turniröncəsi təntənəli rəsmi çəki mərasimində hər iki idmançı yüngül çəki normasına uyğun gəlib (70,3 kq - Nurməhəmmədov, 70,1 kq - Makqreqor). Odur ki, döyüşün keçirilməməsi üçün heç bir təhlükə yoxdur. Lakin gözlənilməz vəziyyət yaranacağı təqdirdə rinqə rusiyalı və ya irlandiyalı əvəzinə amerikalı Toni Ferqüsson çıxa bilər. ("Report”)
Fanat.Az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.