13:11 01.03.2019 1422

“Bakı Marafonu-2019” başlayır

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçiriləcək.

Fonddan Fanat.Az-a verilən məlumata görə, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

"Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall”, "Gənclik Mall”, "Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya "Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

"Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı "Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

"Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

"Bakı Marafonu-2019” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim ediləcək.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

13:34

Bəxtiyar Həsənalızadə "İmişli"də - RƏSMİ

13:14

İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu bəllidir

12:56

Murat Yakın: "Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar"

12:37

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X