"Qəbələ"nin yollarını ayırdığı Şəhriyar Xəlilov karyerasını "Sumqayıt"da davam etdirə bilər. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi gənc futbolçunu baxışa dəvət edib.
Şəhriyar komanda hazırlığa başlayandan sonra məşqlərə qatılacaq. Onunla bağlı qərar ən qısa zamanda veriləcək.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi bu mövsüm "Qəbələ"nin əsas heyətində meydana çıxmayıb. Əvvəllər "Xəzər Lənkəran" və "Turan"da forma geyinmiş Xəlilov ötən mövsüm "Qəbələ"nin əsas komandasında 18 oyun keçirmişdi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol