Finlandiyalı xizəkçi İivo Niskanen İtaliyada təlim-məşq toplanışı zamanı Rusiya millisinin məşqçiləri Yeqor Sorin və Anatoli Volkovla toqquşub.
Fanat.Az xəbər verir ki, Niskanen "İnstagram" səhifəsində bununla bağlı paylaşım edib:
"Son məşqdən sonra meydanın xarici hissədə kiçik təmir işləri gedirdi. Qəza yamacda - rus məşqçilərinin dayandığı ərazidə baş verdi.
Nəticədə burnumda üç tikiş və bir sarğı var, amma yaxşı nəfəs alıram! Ruslar ən yaxın xəstəxanaya getməyimə kömək etdilər. Oradakı xidmət ən yüksək səviyyədə idi. Həkim və tibb bacısı məni tanıdı, tikişlər və rentgen şüaları anında edildi. Qəzadan sonra kömək edən Rusiya komandasına təşəkkür edirəm! "
Emin Şəmsiyev