Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən ı MDB oyunlarında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, komandamız qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.
Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan millimiz Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı təmsil edən seçmə kollektivlə üz-üzə gələcək. Badmintonçularımız bu görüşdə qalib gələcəyi təqdirdə komanda yarışında gümüş medallara sahib çıxacaq.
Sabah isə 5 kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, Qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.