18:00 04.10.2021 1290

Fərid Qayıbov: "Seçki kampaniyam sürətlə davam edir"

"Çoxunuzun bildiyi kimi, ötən ay Azərbaycanın gənclər və idman naziri təyin olundum. Hamınızdan aldığım isti mesajlara və arzulara görə çox minnətdaram. Düşünürəm ki, üzvlərindən birinin idman naziri olması gimnastika ailəmiz üçün yaxşı stimuldur. Bunu idmanımızı həm milli, həm də beynəlxalq miqyasda inkişaf etdirmək və populyarlaşdırmaq üçün gördüyümüz birgə işin sübutu olaraq görürəm".

Fanat.Az xəbər verir ki, bu sözlər Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova məxsusdur. 

O, şəxsi "Facebook" səhifəsi üzərindən paylaşımında bu vəzifəyə təyinatının Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizədliyinə mane olmayacağını bildirib: "Seçki kampaniyamın sürətlə davam etdiyini bildirməkdən məmnunam. Nazir təyin olunduğum gündən Avropa Gimnastikasının prezidenti kimi vəzifəmi yerinə yetirməyə davam edirəm. Bütün görüşlərə qatılır, gimnastika üzrə çempionatlarda və yarışlarında iştirak edirəm. FIG seçkilərində qalib gəlsəm belə, bu, dəyişməyəcək. Bildiyimiz kimi, Avropa Gimnastikası və ya FIG-in prezidentinin və ya İcraiyyə Komitəsinin üzvünün işi könüllü prinsiplərə əsaslanır və hamımızın sahib olduğumuz daimi işdən asılı olmamalıdır".

F.Qayıbovun sözlərinə görə, onun hazırkı statusu gimnastikaya yalnız müsbət təsir edə bilər: "İdmanımızın xeyri naminə üzərimə düşəni etməkdə, gimnastikanın inkişafı üçün siyasət və strategiyalar hazırlamaqda, doğru tərəfdaşları cəlb etməkdə və üzv federasiyaların çiçəklənməsinə töhfə verən yeni vasitələr tapmaqda qərarlıyam. İdeyalarımızı birləşdirsək və gəmimizi birlikdə idarə etsək, istədiyimiz hər şeyə nail ola bilərik".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X