Türkiyə Super Liqa komandalarından "Konyaspor"da çıxış edən futbolçu Ahmet Çalık (28) yol qəzasında həyatını itirib.
Fanat.Az xəbər verir ki, qəza bu səhər Ankaranın Gölbaşı səmtində baş verib.
"Qalatasaray"dan "Konyaspor"a transfer olunan futbolçunun istifadə etdiyi avtomobil Ankara - Niğde yolunda idarəetmədən çıxaraq uçuruma aşıb.
28 yaşlı futbolçunun avtomobildə tək olduğu bildirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Mirağa