Topaz Premyer Liqasında fevral ayında vurulmuş ən gözəl qolu müəyyən etmək üçün səsvermə keçirilir. Fanat.az xəbər verir ki, səsvermədə iştirak etmək üçün pfl.az saytının ana səhifəsində sorğu bölməsində verilmiş 5 namizəddən birini seçə bilərsiniz.
PFL ötən ayın ən yaxşı qolu üçün 3 variant təqdim edib. Siyahıda "İnter"dən Ruslan Əmircanovla Aleksandr İaşvili, "Bakı"dan Aleksandar Soliç, "Qarabağ"dan Reynaldo Silva və "Qəbələ"dən Daniel Subotiç yer alıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol