14:12 07.03.2014 958

Rövnəq Abdullayev: "Futbolçuların maaşlarına limit qoyucalaq"

"Qurban Qurbanovun 23 yaşlı futbolçulardan ibarət komandanın yaradılması üçün verdiyi təkliflə tanışam. Amma bizim “Sumqayıt” klubumuz var. “Sumqayıt”ı elitadan düşməyə qoymayacağam. Çünki bu komanda gənclərə üstünlük verir". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.


"Sumqayıt"ın Premyer Liqanı tərk etməsinə icazə verməyəcəyini deyən prezident regionlarda da bir neçə belə layihəyəni həyata keçiriləcəyini bildirib: "Bu, heyətində xarici futbolçu oynamayan komandadı. Belə komandaları saxlamaq lazımdı".


Abdullayev Premyer Liqanın dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini də xüsusi vurğulayıb: "Bunu da deməliyik. Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?"


AFFA başçısı millimiziqn AVRO-2016-nın təsnifat mərhələsindəki şanslarını dəyərləndirib: "Düşünürəm ki, bizim AVRO-2016-ya çıxmaq şansımız var. Bəxtimizə güclü qrup düşüb. Hətta Malta da asan rəqib deyil. Dünyada 106-cı pillədəyik. Çempionatımız 43-cüdü. Ancaq rəqəmlər hər şeyi həll etmir. Düşünürəm ki, qrupda şanslarımız 50-nin 50-yədi".


Abdullayev bildirib ki, futbolçuların maaşlarına limit qoyulacaq: "Klublarda futbolçuların əmək haqqılarına limit qoyulacaq. Formalaşmamış futbolçulara bu qədər pul vermək olmaz. Bizdə çoxlu pul verdiklərindən, xaricə getmək istəmirlər. Rəqabət yoxdusa, niyə gedib Almaniyada oynamalıdı? Kim altdan-altdan pul versə, onları cəzalandıracağıq".


AFFA prezidenti öz işindən razı olmadığını da ifadə edib: "Öz işimdən razı deyiləm, harda işləmişəmsə, belə olub. Futbolda da belədi. Adekvat nəticələr əldə etməmişik. Futbola yaradılan şəraitlə əldə olunan nəticələr uyğun gəlmir".


Abdullayev tikilməkdə olan Bakı Olimpiya stadionu ilə bağlı planlarını da açıqlayıb: “Həm 2016-cı il Avropa çempionatının oyunlarını, həm də 2020-ci il Avropa çempionatının oyunlarını Bakı Olimpiya stadionunda keçirməyi düşünürük. Amma hələlik 2015-ci il Avropa Oyunları üçün nəzərdə tutulub. UEFA komissiyası gəldikdən sonra hansı oyunumuzu bu stadionda keçirəcəyimizə qərar verəcəyik".


"Hər kəs gənclərə üstünlük verilməsindən danışır. Digər tərəfdən Almaniyanın aşağı liqalarında gözdən itən qeyri-azərbaycanlıların milliyə çağırılması nə dərəcədə düzgündü" sualına Abdullayevin cavabı belə olub: "Klublara baxın. Görün orada azərbaycanlı hücumçu var? Həmçinin dayaq müdafiəçiləri də yoxdu. Berti Foqts bunu hardan alsın? Maksimum cavan oyunçular yığmağa çağırılır. Onu da deyim ki, Almaniyanın 2-ci liqasında oynayan futbolçunun səviyyəsi daha yüksəkdi".

 

AFFA başçısı azarkeşlərlə bağlı danışıb: "Desəm ki, azarkeşlər dostdu, yalan olar. Azarkeşlik o deyil ki, dağıdasan, söyüş söyəsən. Çoxları Türkiyədəki oyunlardan nümunə götürürlər. Yaxşıları götürmürlər, pisləri götürürlər. Biz klublarda reformlara başlamışıq. Bütün klublarda müşahidə şurası yaradıldı. Bütün klublarda futbolu bilənlər olacaq. "Klub prezidenti belə deyir" söhbəti olmayacaq. Biz xaricdən mütəxəssislər yığırıq. Bunu boş yerə etmirik. Hər kluba nümayəndəmizi qoyuruq. Biz məşqçinin bütün xərcini çəkib, onları kluba qoyuruq. Beləliklə, həm vəziyyəti biləcəyik, həm də uşaq futbolunun inkişafına nail olacağıq".

 

Abdüllayev son dövrlər "Neftçi"nin AFFA və PFL-i ittiham etməsinə də münasibət bildirib: "Sən indiyədək görmüsən ki, uduzan getsin kiməsə razılıq etsin? Uduzubsa, şikayət etməlidi. Boş şeylərdi. Uduzan hər kəs deyir ki, məni sıxdılar. Avropada da hakimlər elə səhvlər edir ki, bizimkilər etsə, onları güllələyərlər. Hansısa klub uduzursa, deyir belədi. Kim oynayırsa, meydanda özünü göstərməlidi".


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X