I divizionda XX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Turun açılış oyununda “Şəmkir” doğma meydanda “Lokomotiv”i qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə 4 qarşılaşma baş tutub. Lider Araz Naxçıvan" evdə "Kəpəz"i tək qolla yenib. "Neftçala" MOİK-i 4:0, "Mil-Muğan" "Energetik"i 3:0 hesabı ilə yenib. "Ağsu" - "Şuşa" oyununda isə qalib müəyyənləşməyib.
Tura bu gün keçirilən 3 oyunla yekun vurulub. "Qaradağ" evdə "Bakılı"nı üstəylib - 1:0. "Turan-T" səfərdə "Şahdağ"a 1:3 hesabı ilə yenilib. "Karvan" isə "Göyəzən"i 4 cavabsız qolla darmadağın edib.
I divizion
2013/14 mövsümü
II dövrə, XX tur
7 mart
Şəmkir - Lokomotiv 2:0
Qollar: Anar Rzayev, 8. Vüsal İbrahimov, 45+1.
8 mart
Araz Naxçıvan - Kəpəz 1:0
Qol: Mikayıl Rəhimov, 73.
Ağsu - Şuşa 0:0
Neftçala - MOİK 4:0
Qollar: Elvin Adışirinli, 10; 63. Murad Ağakişiyev, 50. Məhəmməd Alıyev, 60.
Mil-Muğan - Energetik 3:0
Qollar: Sabir Allahquliyev, 20; 36-pen. Elnur Məmmədov, 86.
9 mart
Qaradağ - Bakılı 1:0
Qol: Elnur Babayev, 15.
Turan-T - Şahdağ 1:3
Qollar: Aqşin Sadıqov, 16 - Elmar Yəhyabəyov, 61. Zeynal Hacıyev, 85. Sərxan Ağayev, 90+1.
Göyəzən - Karvan 0:4
Qollar: Rövşən İsmayılov, 8. Əli Bağırov, 42; 70; 85-pen.
| 1 | Araz | 19 | 17 | 1 | 1 | 36-6 | 52 |
| 2 | Qaradağ | 19 | 14 | 4 | 1 | 36-5 | 46 |
| 3 | Neftçala | 20 | 14 | 2 | 4 | 54-12 | 44 |
| 4 | Ağsu | 20 | 10 | 4 | 6 | 24-17 | 34 |
| 5 | Şahdağ | 20 | 10 | 4 | 6 | 38-14 | 34 |
| 6 | Şuşa | 19 | 9 | 6 | 4 | 37-16 | 33 |
| 7 | Turan-T | 20 | 9 | 4 | 7 | 34-24 | 31 |
| 8 | Karvan | 20 | 9 | 4 | 7 | 32-39 | 31 |
| 9 | Lokomotiv | 20 | 9 | 1 | 10 | 31-37 | 28 |
| 10 | MOİK | 20 | 6 | 6 | 8 | 24-33 | 24 |
| 11 | Mil-Muğan | 20 | 7 | 3 | 10 | 18-24 | 24 |
| 12 | Bakılı | 19 | 4 | 5 | 10 | 20-35 | 17 |
| 13 | Şəmkir | 20 | 4 | 5 | 10 | 14-28 | 17 |
| 14 | Kəpəz | 20 | 4 | 3 | 13 | 18-25 | 15 |
| 15 | Göyəzən | 20 | 2 | 1 | 17 | 9-59 | 7 |
| 16 | Energetik | 20 | 1 | 3 | 16 | 6-58 | 6 |
Bombardirlər: Əli Bağırov (Karvan), Sərxan Ağayev (Şahdağ) - 15. Elvin Adışirinli (Neftçala/Şuşa) - 14. David Canalidze (Araz Naxçıvan) - 12. Ceyhun Abdullayev (Neftçala) - 10. Məhəmməd Bədəlbəyli (MOİK), Tural Qürbətov (Lokomotiv) - 9. Novruz Ələkbərov (Qaradağ) - 8.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol