Topaz Premyer Liqasının XXVII turunda Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyununa çıxan AZAL üçün "Bakı" matçı əlamətdar olub. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqada yubiley - 300-cü qolunu vurub.
“Bakı” ilə ev oyununda 1:2 hesabı ilə uduzan AZAL-ın yubiley qolunun müəllifi Con Oluremi vurub. 257-ci oyununda 300-cü qolunu vuran AZAL bu görüşlərdə qapısından 241 top buraxıb.
| 1-ci qol | 27.08.2005 | Olimpik (Bakı) - Qarabağ (Ağdam) | 1:2 | Vidadi Rzayev, 45+1 |
| 100-cü qol | 11.05.2009 | MOİK (Bakı) - Olimpik (Bakı) | 1:6 | Nəriman Əzimov, 41 |
| 200-cü qol | 21.02.2012 | AZAL (Bakı) - Turan (Tovuz) | 3:2 | Zohair Benouahi, 1 |
| 300-cü qol | 23.03.2014 | AZAL (Bakı) – Bakı | 1:2 | Con Oluremi, 39 |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol