Dünyanın ən cazibədar qadın idmançılarından olan yüngül atlet Alisa Şmidt "Mançester Siti"nin və Norveç millisinin ulduz hücumçusu Erlinq Holanda əlcək atıb.
Fanat.Az "Dagbladet"ə istinadən xəbər verir ki, Alisa "Holandı 400 metr məsafəyə qaçışda məğlub edə bilərsinizmi" sualını belə cavablandırıb:
"Hə, ola bilsin ki, Holandı geridə qoyaram. Fikrimcə, 400 metri ondan tez qət edərəm. Amma 200 metr məsafəni qaçsaq, yəqin ki, çətin olar. Bu qarşılaşmaya böyük məmnuniyyətlə hazıram. Bəlkə də Holanda dəvət göndərməyim, daha yaxşı olar. Hər zaman hazıram. Holand, sən mənimlə qarşılaşmağa hazırsansa, kimin daha cəld olduğunu yoxlamaq istəyirəm".
Qeyd edək ki, Şmidt 2020-ci ildə Dortmund "Borussiya"sının fiknes məşqçisi qismində fəaliyyət göstərib və həmin vaxt 400 metr məsafəyə qaçışda Almaniya millisinin mərkəz müdafiəçisi Mats Hummelsi geridə qoyub.
Nihat