Yamaykalı yüngül atlet, səkkizqat olimpiya və onbirqat dünya çempionu Useyn Bolt Avstraliyada futbolçu karyerasına başlamağın səhv seçim olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Fox Sports" Boltun söylədiklərini belə çatdırıb:
"Bu, ciddi səhv idi. Atletika ilə vidalaşandan sonra mətbuata görə Avropada qalmaq istəmədim. Amma orada futbolun səviyyəsi çox aşağıdır. Avropada qalmalıydım".
Qeyd edək ki, əfsanəvi idmançı 2017-ci ildə kareyrasını bitirərək futbolçu olmaq istədiyini bəyan etmişdi. 2018-ci ildə Avstraliyanın "Sentral Kost Marines" klubuna baxışa yollanan Useyn bəyənilməmişdi. Daha sonra Malta "Valletta"sına keçəcəyi gözlənilən idmançı bu klubla da razılığa gələ bilməmişdi.
Nihat