İspaniya La Liqasının 29-cu turunda "Barselona"nı qəbul edən "Atletiko Madrid" 0:3 hesabı ilə məğlub olub. Darmadağının əsasını isə matçın 38-ci dəqiqəsində məhz paytaxt təmsilçisindən icarəyə götürülən Joau Feliks qoyub. Feliks dünənki qarşılaşmadan sonra madridli azarkeşlərlə münasibətindən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Atletiko" azarkeşləri mən burada olduğum dönəmdə nə baş verdiyini bilmirlər. Tərəfdarların "Barselona"nın içindəkilər barədə məlumatları yoxdur. Onları anlayıram. Ancaq məni pis oğlan kimi tanımalarını istəmirəm. Hətta "Atletiko"nun futbolçuları ilə də çox yaxşı münasibətim var".
Qeyd edək ki, cari mövsüm "Barselona"nın forması ilə bütün turnirlərdə 34 matça çıxan Feliks 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat