"Barselona"nın hücumçusu Robert levandovski İspaniya La Liqasının 29-cu turunda səfərdə "Atletiko Madrid" üzərində qazandıqları qələbədən (3:0) danışıb.
Fanat.Az xəbər verir ki, Madriddəki görüşdə Kataloniya təmsilçsinin ikinci qoluna imza atan və iki məhsuldar ötürmə ilə yadda qalan polşalı ulduzun dediklərini "Marca" belə çatdırıb:
"Yaxşı oyun keçirdik. Şadam ki, qol vurdum və iki məhsuldar ötürmə etdim. Amma oyunumuzu bir qədər də yaxşılaşdırsaq, daha xoş olar. İrəli addımlamaq istəyirik. Qələbələr qazanmaq və daha yaxşı oynamaq əsas hədəfimizdir. Böyük potensialımız, əla gənclərimiz var. Biz hansı səviyyədə oyun sərgiləyə biləcəyimizin fərqindəyik".
Qeyd edək ki, 29 tura 64 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat