"Milan" rəhbərliyi "Bayern Münhen"in transfer siyahısında olan sağ cinah müdafiəçisi Teo Ernandeslə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar" 26 yaşlı futbolçu ilə müqavilə yeniləmək istəyindədir.
Xəbərə görə, klub idarəçilərinin baş məsləhətçisi Zlatan İbrahimoviç indiki anlaşmasının müddəti 2026-cı ildə başa çatacaq Teo ilə danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 38 matça çıxan Ernandes 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat