Çində səs-küylü məhkəmə prosesi başa çatıb.
Fanat.Az "EuroFootball"-a istinadən xəbər verir ki, Çin Futbol Federasiyasının keçmiş rəhbəri, 67 yaşlı Çen Xuan ömürlük həbsə məhkum edilib.
Mənbənin məlumatına görə, o, 11 milyon avrodan artıq məbləğdə mənimsəmədə - başqa sözlə, böyük miqyasda korrupsiyada ittiham olunur.
Çen Xuanın hətta edam olunacağı gözlənilsə də, məhkəmə bu hökmü verməyib. Yerli mətbuat bunu Çinin dünya çempionatına evsahibliyi etmək istəyi ilə əlaqələndirib.