Argentina Futbol Federasiyası (AFA) Paris-2024-ün qrup mərhələsinin birinci turu çərçivəsində Mərakeşlə oyundan (1:2) sonra FİFA-nın İntizam Komitəsinə şikayət edib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən qurumun mətbuat xidməti yayıb.
AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.
Oyun 90+16-cı dəqiqədə hesab 2:2 olarkən dayandırılıb. Belə ki, Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meyda qaçaraq rəqib futbolçulara fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə yekunlaşıb və "tanqoçular"ın vurduğu ikinci qol ofsayd səbəbindən ləğv olunub.