“Qarabağ”ın futbolçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələsinin ən sərrast oyunçusudur.
Fanat.Az-ın məlumatına görə, braziliyalı hücumçu dünən “Ludoqorets”ə (Bolqarıstan) qarşı keçirdikləri matçda - Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında (7:2) bir dəfə fərqlənərək 6-cı qoluna imza atıb.
İkinci “Klaksvik”dən (Farer adaları) Arni Frederiksberq (5 qol) qərarlaşıb. Üçüncü-dördüncü yerləri hərəyə 4 qolla “Fənərbağça”dan (Türkiyə) Edin Ceko və FKSB-dən (Rumıniya) Darius Olaru bölüşdürür.
TOP-5-i isə “Qarabağ”ın digər oyunçusu Yassin Benzia qapayır. Onun hesabında 3 qol var.