
İngiltərənin "Liverpul" klubu Türkiyədə "Qalatasaray"a qarşı keçiriləcək oyun öncəsi öz azarkeşlərinə müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, mersisayd təmsilçisi İstanbula səfər edəcək tərəfdarlarını Ramazan ayının qaydalarına və yerli ənənələrə hörmətlə yanaşmağa çağırıb:
"Ziyarətçilərin gündüz saatlarında yemək yeməsi və ya nəsə içməsi qadağan deyil. Lakin ictimai yerlərdə dini ənənələrə və tətbiq olunan qaydalara hörmət göstərmək mühüm etik məsuliyyət hesab olunur. Xüsusilə günorta saatlarında kütləvi məkanlarda qida və içki qəbulundan çəkinmək yerli adət-ənənələrə ehtiramın göstəricisidir."
Qeyd edək ki, "Liverpul" və "Qalatasaray" arasındakı qarşılaşma sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.