
"Real Madrid" rəhbərliyi komandanı iki mütəxəssisdən birinə tapşırmaq niyyətindədir.
Fanat.Az "El Mundo"ya istinadən xəbər verir ki, hazırda bu posta əsas namizəd Joze Mourinyudur.
Ehtiyat variant kimi dünya çempionatından sonra Fransa millisindən ayrılacaq Didye Deşam nəzərdən keçirilir.
Daha öncə digər mənbələr "kral klubu"nun hazırda "Benfika"nın "sükanı arxası"nda olan Mourinyu ilə danışıq apardığı barədə məlumatlar dərc edib.
Xatırladaq ki, "Real" Çempionlar Liqasının 1/4 finalında "Bayern Münhen"ə uduzaraq mübarizəni dayandırıb. Alvaro Arbeloanın rəhbərlik etdiyi kollektiv La Liqanın turnir cədvəlində lider "Barselona"dan 11 xal geri qalır.
Toğrul