
Belçika millisinin ulduz futbolçusu Romelu Lukaku Türkiyə nəhəngi "Beşiktaş"a keçməyə yaxındır.
Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "ağ-qaralar" Lukakunun transferi ilə bağlı "Napoli" klubu ilə danışıqlara başlayıblar. Həmçinin bildirilir ki, təcrübəli hücumçunun tibbi göstəriciləri tələb olunub və hazırda nəzərdən keçirilir.
Zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan və "mavilər"in heyətində cəmi 7 oyuna çıxan 33 yaşlı hücumçu dünya çempionatına aparılıb və öz oyunu ilə diqqət çəkib.
Romelu ötən mövsüm İtaliya klubunun heyətində keçirdiyi 7 matçda 1 qol vurub. Belçikalı ulduz, həmçinin dünya çempionatında 5 qarşılaşmada 3 dəfə fərqlənib.
Qeyd edək ki, təcrübəli ön xətt oyunçusu daha öncə "Çelsi", "İnter", "Mançester Yunayted", "Roma" kimi komandalarda çıxış edib.
Əlisahib İbrahimli