
"Fənərbağça"nın sabiq futbolçusu Ümit Özat klub rəhbərliyinə diqqətçəkən bir transfer tövsiyəsi verib.
Fanat.Az xəbər verir ki, o, rəhbərliyə "Mançester Yunayted"in ulduzunu gətirməyi məsləhət görüb.
Özat açıqlamasında klubun hazırda maraqlandığı Meyson Qrinvudun yanına Markus Reşfordun da alınmalı olduğunu bildirib.
Onun bu iddialı çağırışı qardaş ölkə mediasında və azarkeşlər arasında böyük maraqla qarşılanıb.