
"İnter"in cinah müdafiəçisi Karlos Auqusto karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The United Stand" yayıb.
Məlumata görə, 27 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qara-göylər"in Auqustonu 25-30 milyon avroya satmağa hazır olduqlarını vurğulayıb.
Geridə qalan mövsümdə "İnter"in sıralarında 46 rəsmi matça çıxan arxa xətt oyunçusu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Karlosun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 23 milyon avro məbləğində dəyərləndirir.
Toğrul