
"Liverpul" "Real Madrid"in braziliyalı ulduzu Vinisius Juniorun klubdakı vəziyyətini yaxından izləyir.
Fanat.Az insayder Ramon Alvarezə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi hücumçunu 2027-ci ildə azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.
Braziliya millisinin üzvünün Madrid klubu ilə müqaviləsi gələn yay başa çatır.
Vinisiusun özünün də yeni macəra axtarışında olduğu bildirilir.