
"Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna keçən Kamilo Duran yoxlama matçında İtaliya nəhəngi "Milan"a qarşı parlaq oyun nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada gənc hücumçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Görüşün 11-ci dəqiqəsində hesabı açan Duran, 28-ci dəqiqədə Ceyms Forrestin fərqləndiyi epizodda assist müəllifi olub.
Komandasının hər iki qolunda birbaşa iştirak edən futbolçu performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Kamil Xudiyev