
Dortmund "Borussiya"sından ayrılan Yulian Brandtın yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, almaniyalı futbolçu yeni mövsümə Niderland çempionatında başlayacaq.
30 yaşlı yarımmüdafiəçi "Ayaks"la müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Məlumatı Amsterdam klubunun rəsmi saytı yayıb.
Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində 41 matça çıxaraq 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul