
PSJ ilə müqavilə yeniləyən Luis Enrikenin qazancı məlum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Son illərin ən uğurlu baş məçqçilərindən olan ispaniyalı mütəxəssisin Paris klubundakı ümumi gəliri 20 milyon avroya çatıb. Əvvəlki sazişdə bu rəqəm 12 milyon avro idi.
Xatırladaq ki, PSJ sentyabrın 4-də Enrikenin müqaviləsinin müddətinin 2030-cu ilin yayınadək uzadıldığını bəyan edib. O, 2023-cü ildən Fransa nəhəngini çalışdırır.
Toğrul