Türkiyə çempionatının 2-ci liqasında maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, klub prezidenti futbolçusuna öz qapısına qol vurmağı tapşırıb.
Hadisə "Bucaspor" - "Kastamonuspor 1966" matçında baş verib. Qarşılaşmanın 88-ci dəqiqəsində "Bucaspor"un qapıçısı Kemal Mert Özyiğit zədə alıb. Bu səbəbdən meydan sahibləri topu meydandan çıxarıb. Ancaq aut atışı zamanı qonaqlardan Yussef Yeşilmen topu rəqibə vermək əvəzinə qapıya doğru atıb və hesab 1:1 olub.
Bu bu səbəbdən "Bucaspor"un futbolçuları və texniki heyəti rəqibə etiraz edib, meydanda ara qarışıb. Mübahisə 5 dəqiqə çəkib və oyun bərpa edilib. Oyunun 89-cu dəqiqəsində Yussef topu öz qapısına vuraraq avtoqol müəllifi olub. 90+5-ci dəqiqədə daha bir qol vuran "Bucaspor" 3:1 hesablı qələbə qazanıb.
Baş verən olayla bağlı danışan "Kastamonuspor 1966"nın prezidenti Metehan Babaş bunları deyib: "Rəqimiz centlmenlik edib topu meydandan çıxartdı. Amma biz topu rəqibə verərkən səhv etdik. Həmin anda texniki heyətimiz oyunçu dəyişikliyi üün hazırlıq gördüyündən bundan xəbəri olmadı. Bu yolla qazanacağımız xalın keçmişi uğurlarla dolu klubumuza və azarkeşlərimizə yaraşmayacağını düşündüyüm üçün futbolçumdan qapımıza qol vuraraq vəziyyəti düzəltməsini istədim".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol