"Tottenhem”in çalışdırıcısı Joze Mourinyu parkda qrup halında məşq keçib.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalının qrup şəklində məşq keçdiyi futbolçulardan biri Tanqay N’Dombele olub. Rayan Sesenyon və Davinson Sançes isə qrupa qatılmadan fərdi hazırlaşıb.
Maraqlıdı ki, məşq zamanı İngiltərədə tətbiq edilən karantin qaydaları pozulub. Qaydalara görə insanlar gün ərzində bir dəfə gəzintiyə çıxa və açıq havada idmanla məşğul ola bilər. Bu zaman 2 metrlik ara məsafəsinin qorunması mütləqdi. "Tottenhem”in futbolçuları isə məsafə ilə bağlı qaydalara əməl etməyib.
Fanat.Az