Türkiyə Super Liqasında VI tur davam edir.
Fanat.Az xəbər verir ki, məğlubiyyətsiz irəliləyən "Fənərbağça” uğursuz mövsüm keçirən "Trabzonspor”u qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablə qələbəsi ilə yekunlaşıb.
"Fənərbağça"nın qollarına Enner Valensiya və Papiss Sisse imza atıb, bir topu rəqib komandadan Serkan Asan öz qapısına vurub. "Trabzonspor"un qolunu rəqib qapısından Benik Afobe keçirib.
Qeyd edək ki, "Fərənbağça" 6 turdan 16 xalla 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 5 xalla 17-cidi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol