"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Makkabi” İsrail çempionatının VII turunda səfərdə "Hapoel”lə (Hadera) qarşılaşıb.
Fanat.Az xəbər verir ki, matç Təl-Əviv təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ardıcıl ikinci qələbəsini qazanan "Makkabi” bu nəticədən sonra 9 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə "Makkabi”yə və 0:1 hesabı ilə uduzub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol