İngiltərə Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" ötən gün "Everton"u qəbul edib. 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.
"Mançester Yunayted"in heyətində Edinson Kavani, Bruno Fernandeş və Skott MakTominay fərqlənib. "Everton"un qollarına isə Abdulaye Doukoure, Xames Rodriges və Dominik Kalvert-Levin imza atıb.
Qeyd edək ki, "Mançester Yunayted" 23 oyundan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Mançester Siti"dən (21 oyun) 2 xal geri qalır. "Everton" isə 37-i xalla 6-cı pilləni tutur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol